Türkiyədə iki dəfə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, ilk yeraltı təkan Elazığ əyalətinin Maden rayonunda, yerli vaxtla saat 19:58-də, 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 6,9 km dərinlikdə yerləşib.

Qeyd edilir ki, Madendə saat 20:10-da 3,6 maqnitudada ikinci zəlzələ də baş verib. Zəlzələ ocağl 6,9 km dərinlikdə yerləşib.

İstinadlar Report