
Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda turistləri daşıyan avtobusun başqa bir avtomobillə toqquşması nəticəsində 1 nəfər ölüb, 24 nəfər yaralanıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə Dənizli-Buldan avtomobil yolunun Tosunlar hissəsində baş verib. Yaralılar avtobusun sərnişinləridir, onlar hospitala yerləşdirilib.
Ölən isə digər avtomobilin sərnişini olub.