Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11 nəfərə yüksəlib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib. Qəza zamanı daha 2 hərbçi yaralanıb.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 10 hərbçisi həlak olub, 3-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.