09:00

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 1000-dən çox şəxs yaralanıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Axtarış və Xilasetmə işləri davam etdirilir.

***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

“Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz”.

Eyni zamanda zəlzələdən zərər görmüş yaşayış binalarının birində qaz sızıntısı səbəbindən partlayış olub. Partlayışdan sonra binada yanğın baş verib. Partlayış nəticəsində xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.

Oxumağa dəyər:   ‘Xocalı Soyqırımı heç vaxt yaddaşlarımızdan silinməyəcək’ - Mehriban Əliyeva

22:50***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: “Əməkdaşlarımız hadisə yerindədir”-deyə, o bildirib.

Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.