Türkiyənin Artvin vilayətində qaya parçalarının yamacdan sürüşməsi nəticəsində ölən azərbaycanlı sürücünün kimliyi müəyyənləşib.

Bu, 38 yaşlı Şahmar Kərimovdur.

Bundan başqa, hadisə nəticəsində Vüqar Məmmədov adlı Azərbaycan vətəndaşı da yaralanıb. Digər yaralının isə özbəkistanlı olduğu bildirilir.

Qeyd edək ki, sözügedən hadisə Kemalpaşa rayonu ərazisində baş verib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə də ziyan dəyib.

İstinadlar Qafqazinfo