Türkiyənin bir sıra vilayətlərində aprelin 15-dən etibarən həyata keçirilən “Eren Abluka” əməliyyatı çərçivəsində 12 PKK terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə DİN məlumat yayıb.

Əməliyyatlar Diyarbəkir, Hakkari, Batman, Şirnak, Mardin, Tunceli, Muş, Bingöl, Ağrı, Elazığ və Hatay vilayətlərinin ayrı-ayrı bölgələrində həyata keçirilib.

Axtarış əməliyyatı zamanı terrorçuların 124 sığınacağı məhv edilib, 16 anbarı aşkar edilib.

İstinadlar Report