Türkiyənin Bursa şəhərində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində “Əl Nusra” terror təşkilatının azərbaycanlı üzvü yaxalanıb.

Bursanın İpəkyolu məhəlləsindəki evlərdən birində terror təşkilatı üzvünün gizləndiyini təsbit edən polislər mənzilə basqın təşkil ediblər. Əməliyyat nəticəsində Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ölkəyə giriş-çıxış qadağası olan “Əl Qaidə”yə bağlı “Əl Nusra” terror qruplaşmasının üzvü olan Azərbaycan vəətndaşı İ.S saxlanılıb. Evdə aparılan axtarış zaman təşkilata bağlı digital materiallar ələ keçirilib.

İstinadlar Qafqazinfo