Türkiyə hakimiyyəti terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, onlardan 11-i Kırşehr, 5-i Samsun, 3-ü Ordu və 6-sı Şanlıurfada tutulub. Onlardan 4-ü silahlı terrorçu təşkilatda fəaliyyət göstərməkdə ittiham olunaraq həbs edilib.

Məlumata görə, Bağdadinin 21 qohumu, o cümlədən, 2 uşaq Türkiyədən deportasiya olunacaq.

İstinadlar Report