Türkiyədə “Discord” messencerinə giriş bloklanıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, qərar Ankara 1-ci Sülh Cəza Məhkəməsi tərəfindən verilib.

Qeyd edək ki, sözügedən platformada bəzi qruplar tərəfindən xüsusilə uşaqların təhdid, şantaj, zorakılıq və cinsi istismara məruz qaldığı iddiaları gündəmə gəlmişdi. Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu da, tətbiqin qadağan edilməsi istiqamətində hər hansı bir qərar verilmədiyini, lakin girişi məhdudlaşdırmaq üçün hazırda müəyyən tələblərin yerinə yetirilməsinin müzakirə edildiyini bildirmişdi.

İstinadlar Qafqazinfo