Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.

Məlumata görə, 2 polis əməkdaşı yüngül xəsarət alıb.