
Türkiyənin İstanbul şəhərində 3,5 maqnitudalı zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yerltı təkanlar Böyükçekmece rayonunda qeydə alınıb.
Təbiət hadisəsi ötən gün yerli vaxtla saat 22:43-də qeydə alınıb, zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir.