Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması “Roblox”a da giriş bloklanıb.

“Roblox”a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.

Qeyd edək ki, “Roblox” istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.

Qərarla “Roblox”un “App Store” və “Google Play”dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə instaqram sosial şəbəkəsinə də giriş bağlanıb.

İstinadlar Qafqazinfo