Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər həyatını itirib.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 61 716 şübhəli koronavirus testindən keçib, onlardan 1183-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 617 nəfər olub, 1185 xəstə isə sağalaraq evə buraxılıb.

İstinadlar Report