
Türkiyədə bəzi meyvə növləri ilə bağlı ciddi problemlər yaranıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarında, xüsusilə dənli, paxlalı və yağlı bitkilərdə daxili ərzaq təminatına mənfi təsir göstərəcək risk yoxdur: “Lakin temperaturun mənfi 17 dərəcəyə enməsi ilə əlaqədar bəzi rayonlarda müəyyən meyvə növlərində problem yaranıb. İlkin qiymətləndirmələr göstərir ki, ərik, üzüm, alma, şaftalı və nektarin kimi meyvə qruplarında müxtəlif dərəcəli zərərlər baş verib. Zərərlərin qiymətləndirilməsi ilə bağlı işimiz başa çatdıqdan sonra vəziyyət daha da aydınlaşacaq”.