Türkiyənin İnkumu rayonu sahillərində batmış “Arvin” quru yük gəmisinin ekipajının iki üzvünün meyiti sudan çıxarılıb və şəxsiyyətləri müəyyənləşdirilib.

Bu barədə Ukraynanın Türkiyədəki səfirliyinin konsul bölməsinin rəhbəri Andrey Bilık bildirib.

O, qeyd edib ki, ekipajın itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

“Ukraynanın iki vətəndaşının ölümü təsdiqləndi, şəxsiyyətləri müəyyənləşdi. Axtarış-xilasetmə əməliyyatı dayanmadı, sabah da davam edəcək. Üç itkinin axtarışları aktiv olaraq davam etdirilir”, – Bilık “Ukrinform” agentliyinə bildirib.

Diplomat həmçinin əməliyyatın detallarından da danışıb. “Mürəkkəb iqlim şəraitinə görə boğulanların meyitlərini tapmaq çətin idi. Əlavə xilasetmə texnikası cəlb etmək lazım oldu”, – konsul danışıb.

İstinadlar Report