Türkiyədə 81 əyalətdə “Çember-7” adı altında keçirilən əməliyyat nəticəsində axtarışda olan 1034 nəfər saxlanılıb.

Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada yazıb.

Nazir bildirib ki, 81 əyalətdə eyni zamanda keçirilən əməliyyatda 7 min 795 ekipaj və 24 min 483 əməkdaş iştirak edib: “4 min 158 mənzil və 4 min 348 yerdə axtarış aparılıb”.

Onun sözlərinə görə, 1034 nəfər saxlanılıb: “Onlardan 13-ü qətl, 342-si oğurluq, 239 xəsarət törətmək, 43-ü cinsi təcavüz, 54-ü qarət, 148 dələduzluq, 90-nı narkotik maddələrin qanunsuz ticarəti, 9-u silahlı terror qruplaşmalarına qoşulmaq, 2-si isə FETÖ-yə üzv olmaqda ittiham olunur”.

İstinadlar Report