
Türkiyənin Ordu şəhərində dekan və müəllimləri daşıyan mikroavtobus aşıb.
Hadisə Gölköy mahalına bağlı Ulugöl məhəlləsində qeydə alınıb.
Qəza nəticəsində 1 dekan həyatını itirib, 2-si ağır olmaqla 19 nəfər yaralanıb.
Hadisə Ordu Universitetində 27-ci Dekanlar Şurasının toplantısından qayıdarkən baş verib. Mikroavtobusda ümumilikdə 25 nəfər olub.
Qəza ilə bağlı araşdırmaya başlanılıb.