
Türkiyənin Bingöl vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, 32 nəfər xəsarət alıb. Dörd nəfər isə ölüb.
Yaralananların və ölənlərin sayının artacağı istisna edilmir.
Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər ölüb, daha 24-ü yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.