Türkiyənin İsparta şəhərində yol qəzası yerinə yardıma gələn polis və ambulans avtomobillərinə başqa nəqliyyat vasitəsi çırpılıb.

Iki yol-nəqliyyat hadisəsində biri körpə olmaqla ümumilikdə 10 nəfər yaralanıb.

Bildirilib ki, qəza yerli vaxtla 12:30 (Bakı vaxtı ilə 13:30) radələrində İsparta – Antalya şosesinin 8-ci kilometrliyində tunel girişində olub. Məlumata görə, zərərçəkmişlərdən üçü birinci, yeddisi ikinci qəzada yaralanıb.

İstinadlar Report