Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

Məlumata görə, pikapla mikroavtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb. Yaralılardan 2-si uşaqdır.

Qeyd edilir ki, qəzadan sonra avtomobillərdə yanğın başlayıb. Əraziyə təcili yardım, xilasedicilər, yanğınsöndürənlər, polis cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

İstinadlar Report