
Türkiyənin Manisa şəhərinin Qırxağac rayonunda minik avtomobili və yanacaqdaşıyanın iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Bu barədə DHA məlumat yayıb.
“Qəza səhər saat 09:00 (Bakı vaxtı ilə 10:00 – red.) radələrində Kırkağaç rayonunda İzmir – İstanbul avtomobil yolunda baş verib. Sürücüsü müəyyən edilməyən <…> avtomobil Qırxağac [ödənişli yol] guşəsi yaxınlığında təhlükəsizlik zolağında park edilmiş <…> yanacaqdaşıyan maşına çırpılıb”, – agentliyin məlumatında qeyd olunub.
Məlumat əsasında hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürən briqadaları göndərilib. Gələn tibbi heyətin yoxlaması zamanı avtomobil sürücüsü və yanındakı qadın sərnişininin keçindiyi müəyyən edilib.