
Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa rayonunda ağır yol qəzası olub.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, jandarm qüvvələri cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəzaya avtomobillərdən birinin idarəetmədən çıxması səbəb olub. Zərərçəkənlərin kənd təsərrüfatı işçiləri olduğu bildirilir.