
Türkiyədə ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası olub.
Məlumata görə, hadisə Van-Hakkari yolunun 90-cı kilometrliyində yük maşını qarşıdan gələn sərnişin mikroavtobusu ilə üzbəüz toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Əraziyə xilasetmə, təcili tibbi yardım və jandarm qrupları cəlb edilib.
Yaralılar ilkin tibbi yardımdan sonra Van Regional Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.