Türkiyənin Bolu vilayətində avtobusla yük maşının toqquşması nəticəsində 22 nəfər xəsarət alıb
Avtobus yük maşınına arxadan çırpılaraq aşıb.

Hadisə nəticəsində avtobusun sürücüsü və 21 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunur ki, avtobusda olanlar İstanbuldan Sinop şəhərinə yas mərasiminə gedirmişlər.