Türkiyənin Mərsin şəhərində zəncirvari yol qəzası olub.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Bildirilib ki, hadisə Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşınının toqquşması nəticəsində baş verib. Qəzada 10 nəfər ölüb, 39 nəfər isə yaralanıb. 

İstinadlar Qafqazinfo