Türkiyənin Mersin vilayətində Çukurova Beynəlxalq Hava Limanı istifadəyə verilib.

Yeni hava limanı iki cənub əyalətinin – Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Obyektin tikintisinə 244,5 milyon avro xərclənib və 25 il ərzində dövlət xəzinəsinə bu obyektin icarəsindən ödənişlərin 297 milyon 100 min avro olacağı gözlənilir.

İldə 9 milyon sərnişin qəbul edəcək Çukurova Hava Limanı Türkiyənin ikinci ən böyük yük terminalına malikdir.Ölkənin cənubundakı yeni hava limanı Yaxın Şərq ölkələri ilə hava yükdaşımalarının həcmini iki dəfə artıracaq.

İstinadlar Report