Türkiyədə 30 nəfər qidadan zəhərlənib.

Hadisə İzmirdə baş verib.

Bergama ərazisində onlarla insan cümə namazından sonra çörəklə pendir yedikdən sonra səhhətlərində problemlərin yaranmasından şikayət ediblər. Sakinlərin zəhərləndikləri məlum olub. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların sayının artacağı bildirilir.

Sakinlərin pendirdən zəhərləndikləri ehtimal edilir.

İstinadlar Report