“Thodex” valyuta birjasının qurucusu Faruk Fatih Özer təxminən 2 milyard ABŞ dolları məbləğində dələduzluq edərək Tailanda qaçıb.

Məlumatı “Haberturk” yayıb.

Birjanın bağlanması nəticəsində zərərçəkən 391 min sərmayəçinin vəkili Oğuz Evren Kılıc Özerin Tailanda gedəcəyini ehtimal edib.

Onun sözlərinə görə, son bir neçə gündə pul köçürməsində qıtlıq yaranıbmış. Bu vəziyyət də sərmayəçilərin narahatlığına səbəb olub. Bu hadisə “Çiftlikbank” adı altında fırıldaq gələn və Uruqvaya qaçan “Tosuncuk” ləqəbli Mehmet Aydının əməllərini xatırladıb. Özerin həmçinin Albaniyanın paytaxt Tiranaya qaçdığı da deyilir.

İstinadlar Report