Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb.

Yeni faktları “TRT Haber” əldə edib.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan iki zabit illər sonra deşifrə olunub.

Qeyd edilib ki, zabitlər çevriliş cəhdinin qarşısını almaq əvəzinə R.T.Ərdoğana sui-qəsdə hazırlaşan qrupa kömək ediblər.

Yeddi ildən sonra konkret faktlar əsasında onlar haqqında ittiham aktları hazırlanıb.

Bildirilib ki, zabitlər hava məkanını uçuş üçün bağlamayıblar. Beləliklə, onlar sui-qəsd qrupunun işinə kömək ediblər. Həmçinin FETÖ üzvlərinin istifadə etdiyi hava nəqliyyatı vasitələri yanacaqla təmin edilib.

Hər iki müttəhimin məhkəməsi davam edir.

İstinadlar Report