Türkiyədə avtobus və yük maşınlarının da olduğu 11 nəqliyyat vasitəsi toqquşub.

Zəncirvari yol qəzasında ilkin məlumata görə, 17 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusu və minik avtomobili yol kənarındakı boşluğa düşüb, 2 minik avtomobili isə qarşıdakı yük maşınlarına arxadan çırpılıb.