Türkiyənin təhlükəsizlik qüvvələri terrorçu TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-leninçi) təşkilatının üzvü Həsən Ataşı zərərsizləşdirib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, bununla bağlı xüsusi əməliyyat Tunjelidə keçirilib.

“Şerzan” şərti adı ilə tanınan Həsən Ataş Türkiyənin Daxili İşlər Nazirliyinin ən çox axtardığı terrorçulardan olub. Ölkənin hakimiyyət orqanları onun tutulması üçün 1 milyon lirə pul mükafatı təyin etmişdilər.

Öldürülmüş terrorçunun yanında “Kalaşnikov” avtomatı və iki əl qumbarası aşkarlanıb.

Regionda terrorçuluğa qarşı əməliyyatlar davam edir.

İstinadlar Report