“Türkiyə Yunanıstana zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yardım təklifi edib”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Xatırladaq ki, martın 3-də Yunanıstanın şimalında 5,9 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında yerləşib.

İstinadlar Report