Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul təyyarəsi ilə tanış olub.

Qeyd edilir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin inventarına ötən ay salınmış təyyarə ilk uçuşunu edib.

Nazir qeyd edib ki, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək.

“Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə bizim vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlıl Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik”, – Akar deyib.

R-72 hərbi dəniz patrul təyyarəsi MELTEM-3 layihəsi çərçivəsində hazırlanıb.

Təyyarəyə müasirləşdirilmiş radiolokasiya sistemi, radio elektron mübarizəsi vasitələri, sualtı siqnalın emalı, Link 11 və Link 16 məlumat mübadiləsinin hərbi-taktik şəbəkələri, həmçinin MK46 və MK54 torpedolarının işə salınması kimi ən əhəmiyyətli sistemlər quraşdırılıb.

P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilas kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.

İstinadlar Report