Türkiyənin müdafiə şirkəti MKE AŞ NATO standartlarına cavab verən “Yavuz” özüyeriyən artilleriya sistemlərinin ixracına hazırlaşır.

Modifikasiya edilmiş yük avtomibilinə quraşdırılan haubitsa zirehli kabinlə təchiz edilib. Sistemin atəşə hazırlanması təxminən bir dəqiqə, mövqelərin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Maksimal sürət 90 km/saatdır.

İstinadlar Report