
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG-nin 10 terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçular “Barış Pinarı” əməliyyatı zonasını atəşə tutmağa hazırlaşarkən məhv edilib.
Uğurlu əməliyyat Türkiyə xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.