
Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, – türkiyəli nazir bildirib.