
“Türkiyə bir daha Rusiya və Ukrayna arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində rəhbərlik etdiyi nazirliyin büdcəsini təqdim edərkən deyib.
Türkiyə XİN başçısı, həmçinin bildirib ki, Ankara Ukraynadakı münaqişənin ədalətli, sülh yolu ilə həllinə nail olmaq üçün Moskva ilə birbaşa əlaqə kanallarını saxlayır.
H.Fidanın sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna ilə münasibətlərin inkişafına öz milli maraqları və beynəlxalq öhdəlikləri əsasında yanaşır.