“Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Dost ancaq həqiqəti deyir, biz belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər.

İstinadlar Report