Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən siyasi gərginlik və bundan yaranan humanitar böhranla bağlı bəyanat yayıb.

Nazirlik bəyanatında Türkiyənin Sudandakı humanitar vəziyyət və Əl-Cəzirə əyalətində mülki əhalini hədəf alan, humanitar hüquqa zidd hücumlardan dərin narahatlıq keçirdiyini vurğulayıb.

Bildirilib ki, atəşkəs təxirə salınmadan təmin edilməli, sülh və sabitlik mühiti yaradılmalıdır. Bəyanatda yerindən didərgin edilmiş insanların evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinin dayanmadan həyata keçirilməsi istiqamətində tədbirlərin dərhal görülməsi üçün çağırış edilib.

İstinadlar Report