Türkiyə Rusiyadan “S-400” raket sistemlərinin idxalı səbəbindən ABŞ-la yaranan ziddiyyətləri diplomatik yollarla aradan qaldırmaqda maraqlıdır.

Bu barədə mətbuat konfransında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

O, Rusiya raketlərini təhlükəsizliklərini təmin etmək üçün əldə etdiklərini dilə gətirib: “Bu, bizim suveren hüququmuzdur”.

XİN rəsmisi həmçinin əlverişli şərtlər yaranarsa ABŞ-dan “Patriot” raketlərini idxal etməyə də hazır olduqlarını qeyd edib.

İstinadlar Report