Qəzzadakı fəlakət daha da böyüyəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin fevralın 12-də İsrailin Rəfah şəhərinə hücumları ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

Türkiyə bu hücumlardan narahatlığını bildirib: “Ərazidə daimi sülhün təmin olunması istiqamətindəki səylərə ziyan vurulur”.

Rəsmi Ankara həmçinin bəyanatda Qəzzadakı humanitar fəlakətin dayandırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.

İstinadlar Report