
Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.
Bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Qurum şəhid olan pakistanlı əsgərlərin ailələrinə və bütün Pakistan xalqına başsağlığı verib, Türkiyənin terrorla mübarizədə İslamabada dəstəyini davam etdirəcəyini vurğulayıb.