
“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”.
Bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”.