“Rusiyanın qismən səfərbərlik qərarı və Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində referendum elan edilməsi durumun ciddiliyini göstərir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ukrayna müharibəsində humanitar böhranın dərinləşməsinin qarşısıını almağa çalışırıq. İndi yeni reallıqlar yaranıb. Müharibə uzandıqca konkret həllə nail olmaq çətinləşir. Amma diplomatiya hələ də yeganə dialoq yoludur”, – o bildirib.

İstinadlar Report