Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyadakı vəziyyətə dair iyunun 23-də keçiriləcək II Berlin konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, konfrans BMT və Almaniyanın həmsədrliyi ilə keçirilir. Tədbirdə dekabrın 24-də Liviyada keçiriləcək seçkilərin əmin-amanlıq şəraitində yekunlaşmasına dair məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Liviyaya uzun illər rəhbərlik etmiş Müəmmar Qəddafinin 2011-ci ildə qiyam nəticəsində devrilməsindən sonra ölkədə baş verən hakimiyyət boşluğu və ixtilaflar daxili müharibəyə gətirib çıxarıb.

İstinadlar Report