Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bu barədə məlumat Türkiyə XİN-in saytında paylaşılıb.

“Bu gün dost və qardaş Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edirik. Müstəqilliyini elan etməsindən sonra Azərbaycan ilə diplomatik əlaqə quran ilk ölkə Türkiyə olub. Ötən 30 il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dost və qardaşı Azərbaycanın yanında olub. Türkiyə bunu qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsindən sonra duyduğu böyük sevinclə bir daha göstərib” – deyə bəyanatda qeyd olunub.

İstinadlar Qafqazinfo