Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Avropa ölkələrinə səfər edərkən daha diqqətli olmağa çağırıb.
Xəbərdarlıq nazirliyin rəsmi saytında yerləşdirilib.
Xəbərdarlıq, xüsusən İsveç, Niderland və Danimarkada Türkiyə əleyhinə etirazların artmasından sonra edilib.
Bundan əlavə, rəsmi Ankara Avropada PKK terror qruplaşmasının tərəfdarlarının etiraz aksiyalarının sayının artmasına diqqət çəkib.