Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. 

 

Türkiyəli nazir bu barədə özü məlumat verib.

Çavuşoğlu bunları yazıb: “Xarici İşlər Nazirləri səviyyəsində Türk Şurasının 7-ci sammitində iştirak etməzdən əvvəl Bakıdakı səfirliyimizdə ilkin görüş keçirilib”.

Qeyd edək ki, sentyabrın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın Türk Şurasına üzv olmaq qərarına gəldiyini söyləyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Türkmənistanın da təşkilata  üzv olacağı gözlənilir.