Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı Akar və Şoyqu Soçi memorandumu çərçivəsində Türkiyə hərbçiləri tərəfindən həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı son hadisələri, İdlibdəki vəziyyəti və digər müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər” deyilir.

İstinadlar Report