Türkiyə ilə İsveç arasında bu gün Ankarada keçirilməsi nəzərdə tutulan təhlükəsizlik mexanizmi toplantısı təxirə salınıb.

Bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, İsveçin xarici işlər və ədliyyə nazirlərini Türkiyəyə aparan təyyarədə texniki nasazlıq yaranıb. Ona görə də təyyarə Stokholma qayıtmalı olub.

Toplantı üçün yeni bir tarixin müəyyənləşəcəyi bildirilib.

İstinadlar Report